Fransa – Avstraliya:Fransa qalib gəldi-2:1

Fransa – Avstraliya:Fransa qalib gəldi-2:1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DÇ-2018-in 1-ci turu çərçivəsində C qrupunda keçiriləcək Fransa – Avstraliya matçı üçün start heyətlər açıqlanıb.

Musavat.com-un FİFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar:

Fransa: Lloris, Varan, Lyuk Hernandes, Pavar, Umtiti, Tolisso, Kant, Poqba, Dembele, Qrizmann, Mbappe

Avstraliya: Rayan, Seynsberi, Bexiç, Risdon, Milliqan, Lekki, Yedinak, Muy, Roqiç, Kruz, Nebbaut

Oyunun 1-ci hissəində qapılara qol vurulmayıb-0:0

İkinci hissədə tarixi an yaşanıb. Belə ki, Avstraliyalı müdafiəçi Risdon cərimə meydançasında fransalı hücumçu Antuan Qrizmanı yerə yıxıb.

Matçın hakimi öncə penalti təyin etməyib. Lakin daha sonra video-hakim işə müdaxilə edib.

Nəticədə Avstraliyanın qapısına penalti cərimə zərbəsi təyin olunub. Antuan Qrizman penaltini müvəffəqiyyətlə yerinə yetirib-1:0

Fransanın qolundan cəmi 2 dəqiqə sonra Avstraliya penalti zərbəsi vurmaq hüquq qazanıb. İngiltərənin Aston Villa klubunn yarımmüdafiəçisi Mile Yedinak hesabı bərabərləşdirib-1:1

Matçın 80-ci dəqiqəsində Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba komandasının 2-ci qolunu vurub-2:1

Oyun bu hesabla başa çatıb.