Fövqəladə Hallar Nazirliyi daha bir tenderə yekun vurub.
Tribuna.az xəbər verir ki, nazirlik bu dəfə Dövlət Yanğın Nəzarəti Xidməti üçün 7 ədəd sedan tipli xidməti avtomobil alacaq.
Tenderin nəticələrinə görə, qalib tərəf “AUTO AZƏRBAYCAN” MMC olub. Şirkət 7 ədəd avtomobil üçün FHN-dən 471 min 400 manat pul alacaq.
Xatırladaq ki, ilin əvvəlindən bu günü kimi FHN müxtəlif idarə və xidmətləri üçün xidməti avtomobil alması prosesini ənənəyə çevirib. İndiyə qədər bu tenderlər vasitəsi ilə nazirliyin toplam 30-a yaxın maşın aldığı ehtimal edilir.
Fərda Uğur









