“Hazırda Rusiyadan maye qazın Azərbaycan vasitəsilə dəmir yolu ilə Ermənistana gətirilməsi məsələsi müzakirə olunur”.
Tribuna.az bildirir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin sözçüsü Lilit Şaboyan açıqlama verib.
O deyib ki, İranda baş verən hadisələrdən sonra bu ölkədən maye qaz ala bilmirlər. “Yuxarı Lars keçidinin bağlı olması isə Rusiyadan sabit olaraq maye qaz almağa imkan vermir. Ona görə, bununla bağlı Azərbaycan və Rusiya ilə birlikdə danışıqlar aparırıq”.
Şaboyan bildirib ki, yaxın günlərdən etibarən Rusiya maye qazı Azərbaycan ərazisindən Ermənistana gətiriləcək. Bu zaman dəmir yolundan istifadə ediləcəyi qeyd olunub.
Fərda Uğur









