ABŞ senatorları Aleks Padilla və Marko Rubio dünən Bakını Laçın dəhlizinin bağlanmasına görə qınayan və ABŞ-ı humanitar böhrana son qoymaq üçün təcili tədbirlər görməyə çağıran qətnamə təqdim ediblər.
Tribuna.az-ın xəbərinə görə, bu barədə ABŞ Erməni Konqresi məlumat yayıb.
Qeyd olunur ki, qətnamə də Nümayəndələr Palatasında Frenk Fallon və Qaz Bilirakis tərəfindən təqdim edilib.
“Bu blokada humanitar böhran yaradıb, Qarabağın 120 min ermənisini ərzaq, dərman və digər ilkin tələbat mallarından məhrum edib. Qətnaməmiz aydın göstərəcək ki, Birləşmiş Ştatlar Azərbaycanı məsuliyyətə cəlb etmək üçün addımlar atmalıdır”, – senator Padilla bildirib.









