Erməni iqtisadçı: “Rusiya bazarını Azərbaycanla əvəzləmək səhvdir”

Erməni iqtisadçı: “Rusiya bazarını Azərbaycanla əvəzləmək səhvdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan 160 milyonluq Rusiya bazarını bir kənara qoyub, kiçik Azərbaycan bazarı ilə bunu kompensasiya etmək istəyirsə, deyəcək sözüm yoxdur”.

Tribuna.az xəbər verir ki, bunu erməni iqtisadçı Atom Marqaryan deyib.

Onun sözlərinə görə, Azərbaycan neft, qaz və enerji ehtiyatlarına əsaslanan bir ölkədir. “Ermənistanın bu bazarla hansı real mübadilə edə biləcəyi bəlli deyil. Bir, iki, üç məhsul, deyək ki, mallar ixrac olunacaq. Sonra nə alacaqlar? İrəvan Bakıdan bol çeşidli məhsul ala bilməyəcək. Eləcə də bol çeşid təklif edə bilməyəcək”.

Fərda Uğur