Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən 2026-cı il üzrə press-relizlərin yayılması xidmətinin satın alınması ilə bağlı elan edilmiş tender ləğv edilib.

Tribuna.az-ın əldə etdiyi məlumata görə, satınalma üzrə ehtimal olunan dəyər 7 620 manat təşkil edib və xidmət 12 ay ərzində press-relizlərin operativ şəkildə mediada yayılmasını əhatə etməli idi.
Tender sənədlərinə əsasən, ayda təxminən 20-30 press-relizin hazırlanması və yayılması nəzərdə tutulurdu. Maraqlıdır ki, hər bir press-relizin yayımı üçün cəmi 2-3 saat vaxt ayrılması tələb olunurdu.
Məlumata görə, müsabiqəyə 5-dən çox şirkət qoşulsa da, satınalma prosesi yekunlaşdırılmadan ləğv edilib. Ləğvin səbəbləri isə açıqlanmır.
Ekspertlər qeyd edirlər ki, adətən bu cür hallarda tenderin ləğvi texniki uyğunsuzluqlar, qiymət təkliflərinin uyğun gəlməməsi və ya sifarişçi qurumun tələblərində dəyişikliklə bağlı ola bilər. Lakin konkret səbəbin gizli saxlanılması suallar doğurur.
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə soğru ünvanlamışdıq. Lakin sorğunun göndərilməsindən xeyli vaxt keçsə də, heç bir cavab verilmədi.

Gülşən Rəsul