Ən tənbəl bürclər – Hər işi son ana saxlayırlar

Ən tənbəl bürclər – Hər işi son ana saxlayırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bəzi insanlar bütün işlərini son ana qədər həll etmirlər. Çünki onlar vaxtlarının çoxunu istirahət etməklə, yaxud hobbiləri ilə məşğul olmaqla keçirirlər.
Astrologiyada da bu cür xüsusiyyətə malik bürclər var. Onlar son dərəcə ağıllı və yaradıcı olsalar da, tənbəl olduqları üçün gec hərəkətə keçirlər.

Tribuna.az həmin bürcləri təqdim edir.

BALIQLAR – Yanlarındakı fincanı götürə bilməyəcək qədər təmbəldirlər. Çox yaradıcı və hobbilərinə düşkündürlər. Lakin hər işi təxirə salmağa meyillidirlər. Əllərindəki hər işi son ana qədər həll etmirlər.
 
 
DOLÇA – Daxili dünyalarına qərq olurlar. Ona görə də, şəxsi mənfəətlərinin xaricinə çıxmaq onlar üçün çətindir. Başqaları üçün nəsə etməkdə də çətinlik çəkirlər. Paltaryuyan maşını boşaltmaqdan zibil atmağa qədər hər şeyi rədd edirlər. Başqa şeylərlə əylənməyi sevirlər amma sevmədikləri bir şeyi etmələrini istədikdə heç vaxt etmirlər.
OXATAN – Əylənməyi çox sevirlər. Lakin günlük işlər görməkdən nifrət edirlər. Azadlığa çox önəm verirlər, həyatı özləri üçün yaşayırlar. Ona görə də, başqaları onlardan bir şey istədikdə müsbət cavab almır. Standart iş rejimində çalışmağı da sevmirlər.
TƏRƏZİ – Hər şeyin asan və əyləncəli olmasını istəyirlər. Asanlıqla stresə girirlər. Kommunal ödənişləri belə son günə qədər saxlayırlar, yaxud başqasının ödəməsini xahiş edirlər. Lakin bir işə xüsusi diqqət ayırdıqlarında, yaxud yeni işə başladıqlarında bütün işi ən qısa zamanda bitirirlər.
BUĞA – Sakit həyat yaşamağı sevirlər. Hər zaman təşkilatçı onlardır. Təmizliklə bağlı da çox diqqətlidirlər. Lakin çox işləməyə nifrət edirlər. Onlar da bir işə başladıqda üstəsindən gələ bilirlər.
Qoç, əkizlər, xərçəng, şir, qız, əqrəb və oğlaqların xasiyyəti isə qarışıqdır. İşdən qaçmırlar, amma məcbur olmadıqca da iş görmürlər.