DÜNYANIN ƏN YAŞLI QADINI 128 YAŞINI QEYD ETDİ… “ÇƏYİRTKƏ YEMİŞƏM, DADI LƏZZƏTLİDİ…”

DÜNYANIN ƏN YAŞLI QADINI 128 YAŞINI QEYD ETDİ… “ÇƏYİRTKƏ YEMİŞƏM, DADI LƏZZƏTLİDİ…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın uzunömürlü insanlarından olan Afrika kökənli Johanna Mazibuko yaxın günlərdə 128 yaşını qeyd edib. Gəzə bilməyən, ancaq yaxşı görən və yaxşı danışa bilən yaşlı qadın uzunömürlülüyün sirrini də açıb.

Tribuna.az xəbər verir ki, Johanna Mazibuka qarğıdalı tarlasında doğulub və 12 bacı-qardaşın ən böyüyüdür. İndi bütün ailə üzvləri ölən, 7 uşağından cəmi 2-si yaşayan qadın bildirib ki, uşaqlıqdan yaxşı şəraitdə yaşayıb və heç vaxt problemi olmayıb. O qeyd edib ki, tarlaları çəyirtkə baxdığı vaxtlarda çəyirətkələri isti suda yuyaraq yeyib. Bildirib ki, çəyirtkələrin dadı ləzzətli olur və ət dadı verir.

Böyüdükdən sonra isə təzə süt və ispanaq yeyib. İndi modern yeməklər yediyini deyən qoca o vaxt yediyi yeməklər üçün darıxdığını bildirib.