2026-cı il futbol üzrə Dünya Çempionatı təkcə meydandakı mübarizə ilə deyil, məşhurların əldə etdiyi böyük gəlirlərlə də gündəmə gəlib.
Tribuna.az xəbər verir ki, The Sun nəşrinin yaydığı məlumata görə, turnir çərçivəsində ən çox gəlir əldə edən məşhur müğənni Şakira olub. Onun Dünya Kuboku ilə bağlı fəaliyyətdən təxminən 15 milyon funt sterlinq qazandığı bildirilir.
Siyahıda ikinci yerdə Castin Biber və aktyor Timoti Şalame qərarlaşıb. Hər iki məşhurun qazancı 12 milyon funt sterlinq təşkil edib.
Bundan başqa, Cənubi Koreyanın məşhur ifaçısı Liza 9 milyon funt, televiziya ulduzu Kim Kardaşyan 8 milyon funt, pop musiqisinin əfsanəsi Madonna isə 4 milyon funt gəlir əldə edib.
Siyahının davamında Bruklin Bekhem 1 milyon funt, britaniyalı müğənni Syuzan Boyl isə 500 min funt sterlinq qazancı ilə yer alıb.
Qeyd edək ki, bu rəqəmlər The Sun nəşrinin məlumatına əsaslanır və məşhurların Dünya Kuboku ilə əlaqədar reklam müqavilələri, kommersiya əməkdaşlıqları və digər fəaliyyətlərindən əldə etdikləri təxmini gəlirləri əks etdirir.
Gülşən Rəsul









