Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni svetoforlar istifadəyə verilən yerləri açıqlayıb.
Tribuna.az xəbər verir ki, paytaxtın Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan və Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən svetoforlar istifadəyə verilib.
Hərəkət növbəliliyi və piyadaların təhlükəsiz hərəkəti təmin edilib.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində icra edilib.
Gelşən Rəsul









