“Diplomlarımız Türkiyədə də tanınmır” – Dosentdən SƏRT sözlər

“Diplomlarımız Türkiyədə də tanınmır” – Dosentdən SƏRT sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

80-cı illərdə universitetlərimiz 90-cı illərdəkindən güclü idi. 90-cı illərdə universitetlərimiz 2000-ci illərdəkindən güclü idi. 21-ci əsrdə isə təhsilimiz fasiləsiz tənəzzüldədir.

Tribuna.az xəbər verir ki, bu sözləri dosent İlham Əhmədov universitetlərimizin səviyyəsindən danışarkən deyib. Onun sözlərinə görə, indi universitetlərimiz elə durumdadır ki, onların Bakıda, ya Şəkidə yerləşməsinin, heç bir fərqi olmaz:

“Məzunlarımızın diplomları artıq heç qardaş Türkiyədə tanınmır.
Bakıda sağalmayan ağır xəstəni rayona daşımaqla onu sağaltmaq olarmı?
Yol pulunu xəstənin müalicəsinə xərcləsək, bəlkə sağalar?
Xəstənin dərmanlarına pul xərcləməsək də, palatanın təmirinə xeyli pul xərcləmişik. Çünki həkimlər xəstəni müalicə etmək yerinə prorablıq ediblər”.

Nigar İxtiyarqızı