ÇİNDƏ TARİXİ MƏSCİD SÖKÜLÜR – ETİRAZÇILAR HƏBS EDİLDİ

ÇİNDƏ TARİXİ MƏSCİD SÖKÜLÜR – ETİRAZÇILAR HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunnan əyalətində 14-cü əsrdə tikilmiş məscidin sökülməsi qərarı etirazlara səbəb olub. Polis və fəallar üz-üzə gəlib, çox sayda etirazçı saxlanılıb.

Tribuna.az GazeteDuvara-a istinadən xəbər verir ki, çinli müsəlman azlıq Huislərin yaşadığı Naqu şəhərindəki tarixi Naciaying məscidinin dağıdılmasına etiraz edən vətəndaşlar polislə üz-üzə gəlib.

Vətəndaşlar yerli məhkəmənin 2020-ci ildə sökülməsi qərarının icrasına etiraz edərək məscidin günbəzinin genişləndirildiyi və yeni minarələrin əlavə edildiyi təmir işlərini “qanunsuz” elan etdikdən sonra bölgəyə minlərlə polis göndərilib.

Polis məscidin girişində kordon qurarkən, söküntüyə etiraz edən vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb.

Çoxlu sayda etirazçı isə yaralanıb. Yerli polis bölməsindən verilən açıqlamada etirazçıların “sosial qaydanı ciddi şəkildə pozduğunu” əsas gətirərək iyunun 6-dək polisə təslim olmaları tələb edilib.