Bu tarixlərdə doğulanlar sevgi tapmaqda əziyyət çəkir

Bu tarixlərdə doğulanlar sevgi tapmaqda əziyyət çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Numerologiyaya görə, ayın müəyyən günlərində doğulan insanlar romantik münasibətlərdə daha çox çətinliklərlə üzləşə bilərlər.

Tribuna.az Demokrat.az-a istinadən xəbər verir ki, “The Times of India” nəşrinin yazdığına görə, bu yanaşma elmi əsaslara söykənmir və daha çox ənənəvi inancların bir hissəsi hesab olunur.

Məqalədə qeyd edilir ki, astrologiya, numerologiya, tarot, əl falı və digər oxşar praktikalar elmi cəhətdən təsdiqlənməyib. Bu səbəbdən onların nəticələri etibarlı qərarvermə vasitəsi kimi qəbul edilməməlidir.

Numeroloqların fikrincə, söhbət taleyin əvvəlcədən müəyyən olunmasından deyil, münasibətlərə təsir göstərə bilən xarakter xüsusiyyətlərindən gedir.

Ayın 2, 11, 20 və 29-da doğulanlar

Numerologiyaya görə, bu tarixlərdə doğulanlar emosional və həssas olurlar, tərəfdaşlarına tez bağlanırlar. Həmçinin onların tərk edilmək qorxusu yaşaya və münasibətlərdə baş verən kiçik dəyişikliklərə belə həssas reaksiya verə biləcəkləri bildirilir.

Numeroloqlar bu şəxslərə tənhalıq hissinin təsiri altında tələsik qərarlar verməməyi və açıq ünsiyyət bacarıqlarını inkişaf etdirməyi tövsiyə edirlər.

Ayın 6, 15 və 24-də doğulanlar

Numerologiyaya görə, bu şəxslər cazibədar və romantik xarakterə malik olurlar. Lakin onların yüksək gözləntiləri, ailənin təsiri və rahatlıq hissini həqiqi uyğunluqla qarışdırmaları münasibətlərdə problemlərə səbəb ola bilər.

Ayın 7, 16 və 25-də doğulanlar

Bu tarixlərdə doğulanların dərin emosional bağ qurmağa çalışdıqları, lakin hisslərini açıq ifadə etməkdə çətinlik çəkdikləri iddia olunur. Bunun nəticəsində münasibətlərdə uzaqlaşma, uzunmüddətli susqunluq və hətta gözlənilməz ayrılıqlar baş verə bilər.

Ayın 8, 17 və 26-da doğulanlar

Numeroloqlar hesab edirlər ki, bu şəxslərin sevgi həyatı mühüm həyat dərsləri ilə müşayiət olunur. Onlar münasibətlərdə gecikmələr, müxtəlif sınaqlar və sağlam şəxsi sərhədlər formalaşdırmaq zərurəti ilə üzləşə bilərlər.

Məqalə müəllifləri vurğulayırlar ki, bu tarixlərdə doğulan insanlar sevgiyə adətən çox ciddi yanaşırlar. Buna görə də ayrılıq, evlilik təklifi və nikah kimi hadisələr onların həyatında dönüş nöqtəsinə çevrilə bilər.