Müəllimlərin sertifikasiya nəticəsinə əsasən əmək haqlarının müzakirəsi gedir. Hazırkı qaydaya əsasən, 60 ballıq sertifikasiya nəticəsində 30 bal toplayan müəllim müsbət nəticə göstərmiş hesab olunur və 30-50 bal toplayanların əmək haqqına 10 faiz əlavə edilir. 51-60 bal toplayan müəllimlərin əmək haqqının isə 35 faiz artımı həyata keçirilir. Bu dəyişiklik bir çox müəllimin narazılığına səbəb olub. 49 bal toplayan müəllim ilə 51 bal toplayan müəllimin əmək haqqında ciddi fərqin tətbiq olunması arzu olunmur. Yəni 2 bal fərqinə görə əmək haqqına əlavələrdə ciddi uçurum müşahidə olunur.
Tribuna.az xəbər verir ki, bununla bağlı danışan təhsil eksperti Ramin Nuralıyev təklif edir ki, müəllimin topladığı nəticəyə uyğun olaraq əmək haqqına əlavə daha doğru olar:
“Sertifikasiyadan 30 bal toplayan müəllim sertifikasiyadan keçmiş hesab olunaraq stabil əmək haqqına malik olmalıdır. Buna görə əlavə artım nəzərdə tutulmamalıdır.
Yəni müəllimin 50 faiz göstəricisi heç də onun öz fənni üzrə uğuru hesab edilmir.
Təklifim belədir:
30 – 35 bal toplayan müəllimlərdə stabil əmək haqqı verilsin.
35 – 40 bal arası standart 15 faiz əlavə edilsin.
40-50 bal arası hər bala görə 1 faiz əlavə olunsun.
Məsələn:
41 bal 16 faiz
42 bal 17 faiz
43 bal 18 faiz
49 bal 24 faiz
50 bal 25 faiz
51 – 60 bal arası nəticəyə əsasən müəllimlər daha yüksək nəticə hesab olunduğu üçün 2 faiz artım davam etsin.
Məsələn:
51 bal 27 faiz
52 bal 29 faiz
53 bal 31 faiz
59 bal 43 faiz
60 bal 45 faiz
Bu tətbiq, hesab edirəm, ballar arası ədalətli olmaqla yanaşı rəqabəti də artırar”.
Nigar İxtiyarqızı










