Ötən həftələrdə evliliklərini sonlandıran Demet Özdemir və Oğuzhan Koçla bağlı yeni xəbər gündəm olub.
Tribuna.az xəbər verir ki, ikili birlikdə çəkdirdiyi fotoları sosial media hesablarından silib.Bununla da, Özdemir və Koç arasındakı bütün əlaqələr qırılıb.
Qeyd edək ki, cütlük keçən ilin avqust ayında həyatlarını birləşdirib.
Lakin onların evlilikləri cəmi 8 ay davam edib.
Cütlük ötən ay anlaşa bilmədikləri üçün yollarını ayırıb.












