Kriptovalyuta bazarında əsas aktivlərdə nisbi eniş müşahidə olunub.
Tribuna.az xəbər verir ki, “CoinMarketCap”də “Bitcoin”in qiyməti son 24 saatda 0,68% azalaraq 80 937 dollara, “Ethereum”un qiyməti isə 2,04% azalaraq 2 326 dollara enib.
Digər əsas kriptovalyutalardan BNB-nin qiyməti 1,31% artaraq 643 dollara yüksəlib. Qızıla indekslənmiş “Tether Gold” 1,13% bahalaşaraq 4 683 dollara, “PAX Gold” isə 1,06% artaraq 4 683 dollara yüksəlib.
Eyni zamanda, “Zcash”ın qiyməti 1,89% artaraq 534 dollara, “Monero”nun qiyməti 0,39% artaraq 408 dollara, “Bittensor”un qiyməti isə 7,12% artaraq 307 dollara çatıb.
Bazarın ümumi kapitallaşması son 24 saatda 0,59% azalaraq 2,68 trilyon dollara düşüb.
Analitiklərə görə, bazardakı enişə baxmayaraq, investorların diqqəti ABŞ-də kriptovalyuta tənzimlənməsi ilə bağlı yeni təşəbbüslərə və qızıl qiymətlərindəki artım fonunda alternativ aktivlərə yönəlməyə davam edir.









