Binəqədidə qanunsuz tikinti narazılıq yaratdı – Video

Binəqədidə qanunsuz tikinti narazılıq yaratdı – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu, Xocasən qəsəbəsində aparılan qanunsuz tikinti sakinlərin narazılığına səbəb olub.

Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, böyük bir ərazini zəbt edərək aparılan işlər qanunsuzdur.

Sakinlər bildirib ki, tikinti ilə bağlı heç bir norma və qaydalar gözlənilmir:

“Heç bir məlumat lövhəsi yoxdur. Kim haranı istəyir, zəbt edir, rüşvət verib tikinti aparır. Səkilər, yol kənarları, parklar hamısı belə tikintilərə qurban verilib”.

Sakinlərin sözlərinə görə, yol kənarını zəbt edən bu tikintiyə görə Binəqədi rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət də ediblər. Lakin sakinlərin müraciətinə baxılmayıb.

Qanunsuz olduğu iddia edilən işlər isə hələ də davam etdirilir.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.

Sorğumuza cavab veriləcəyi təqdirdə oxuculara təqdim edəcəyik.

Gülşən Rəsul