Benzinə tətbiq edilən vergi ləğv edilir: Qiymət 50 faiz ucuzlaşacaq

Benzinə tətbiq edilən vergi ləğv edilir: Qiymət 50 faiz ucuzlaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hörmüz boğazında baş verən hərbi gərginlik səbəbindən neftin qiyməti sürətlə bahalaşır.

Tribuna.az xəbər verir ki, bu prosesin daha nə qədər davam edəcəyi də məlum deyil.

Ötən gün Azərbaycan neftinin dünya bazarında 1 barreli 124 dollara qədər yüksəlib. Brend markalı neft isə 106 dollar civarında satışa çıxarılıb. Lakin ekspertlər bildirir ki, hazırkı vəziyyət bir qədər də davam edərsə, neftin qiyməti 200 dollara qədər yüksələcək.

Artıq bəzi Avropa və dünya ölkələri bahalı benzin və dizelin iqtisadiyyata ciddi ziyan verdiyinin fərqinə varmağa başlayıblar. Elə bu səbəbdən də onlar yanacağın qiymətini endirmək üçün ilkin addımlar atmağa start veriblər. Məsələn, Avstraliya hökuməti yanacaq və dizel vergilərini üç ay müddətinə yarıya endirib. Nəticədə, yanacağın qiyməti 50 faiz ucuzlaşıb.

Bildirək ki, bu tədbirlərin hökumətə 2,55 milyard Avstraliya dollarına və ya 1,75 milyard ABŞ dollarına başa gələcək.

Fərda Uğur