Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az  APA-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda elektrik avtomobillərində FM radio ilə bağlı gürcüstanlı jurnalistin sualını cavablandırarkən toxunub.

“Düzünü desəm, elektrik avtomobillərində FM radionun olmadığını bilmirdim. Açığını deyim ki, mən radionu əsasən avtomobildə olarkən dinləyirəm. Mən ölkə daxilində əsasən avtomobillə hərəkət etdiyim üçün avtomobildə kifayət qədər vaxt keçirirəm. Hər səfər zamanı radionu dinləyirəm. Əsasən də musiqiyə qulaq asıram. Çünki xəbərləri başqa mənbələrdən kifayət qədər alıram. Mən avtomobili radiosuz təsəvvür edə bilmirəm. Belə avtomobillə heç yerə getmərəm. Əgər bu istiqamətdə bizim qoşula biləcəyimiz hər hansı təşəbbüs varsa, sadəcə bizə məlumat verin. Biz onu tam dəstəkləyəcəyik”, – dövlət başçısı qeyd edib.

Qeyd edək ki, gürcüstanlı jurnalist Avropanın bir çox ölkəsində yayımçılar və tənzimləyici qurumların yeni elektrik avtomobillərində FM radionun saxlanılması və asan əlçatan olması üçün qanunvericilik və siyasət təşəbbüsləri üzərində işlədiyini deyib. O, ictimai maraqlar və fövqəladə hallarda operativ məlumatlandırmanın təmin edilməsi baxımından Azərbaycan hökumətinin yeni avtomobillərdə FM radionun qorunması və asan istifadəsinin təmin olunması məqsədilə hökumət, tənzimləyici qurumlar, yayımçılar və avtomobil sənayesi arasında əməkdaşlığı dəstəkləməsinin mümkünlüyünə dair sual verib.