Ermənistanın Antikorrupsiya Məhkəməsində sabiq prezident, müharibə canisi Robert Köçəryanla bağlı proses yekunlaşıb.
Tribuna.az xəbər verir ki, dünəndən başlayaraq gecə səhərə qədər davam edən proses zamanı Köçəryanın vəkilləri bir neçə dəfə xəstəlik bəhanəsi ilə onun xəstəxanaya aparılmasına nail olublar.
Xəstəxanada müayinələrdən sonra həkimlər Köçəryanın səhhətində məhkəmə prosesinin dayandırılmasına əsas verəcək problem olmadığına dair rəy veriblər.
Məhkəmə işini səhər saatlarında başa çatdıraraq R.Köçəryanın barəsində 2 aylıq həbs qərarı qəbul edib.
Qeyd edək ki, dünən R. Köçəryanın oğlu da həbs edilib.
Musavat.com









