“Qarabağ” “Tvente” ilə CAVAB MATÇINA çıxır

“Qarabağ” “Tvente” ilə CAVAB MATÇINA çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” bu gün Bakıda Niderlandın “Tvente” komandası ilə cavab matçına çıxacaq.

Tribuna.az -ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Saat 20:00-da start veriləcək görüşü norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.