IV ixtisas qrupunda yüksək bal toplayan bəzi abituriyentlər bu il ali məktəbə qəbul ola bilməyib.
Tribuna.az xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndiyev məlumat yayıb.
Onun sözlərinə görə, IV ixtisas qrupunda 600 baldan yüksək nəticə göstərən 30 nəfər abituriyent heç bir ali təhsil müəssisəsinə qəbul ola bilməyib.
Ekspert bildirib ki, 500 baldan yüksək nəticə göstərən 97 nəfər də tələbə adını qazana bilməyib.
Beləliklə, IV ixtisas qrupunda yüksək nəticə göstərməsinə baxmayaraq, ümumilikdə 97 nəfərin ali məktəbə qəbul ola bilməməsi diqqət çəkib.
Nigar İxtiyarqızı










