Narışkin bu faktı təsdiqlədi

Narışkin bu faktı təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff ilə onun Moskvaya səfəri çərçivəsində görüş keçirdiyini təsdiq edib.

Tribuna.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Görüş həqiqətən baş tutub, burada qeyri-adi heç bir hal yoxdur”, – deyə S.Narışkin mətbuat nümayəndələrinə açıqlamasında bildirib.

O əlavə edib ki, MKİ rəhbəri ilə keçirilən danışıqlar zamanı xüsusi xidmət orqanlarının səlahiyyət çərçivəsinə daxil olan məsələlər müzakirə edilib.