Qax rayon İcra Hakimiyyəti növbəti tenderinin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, dövlət qurumu Qax şəhərinin küçələrində yol və səkilərin əsaslı təmir işlərini aparmağı qərarlaşdırıb.
Məlumatda qeyd edilir ki, tenderin qalibi “VNM İNŞAAT” MMC olub. Şirkət bu işlərin görülməsi üçün İcra Hakimiyyətindən 722 min 695 manat ödəniş alacaq.
Fərda Uğur









