MHP lideri Dövlət Baxçalının xəstəliyi ilə bağlı sosial şəbəkələrdə təhqirlər yazan, fitnəkarlıq edənlər məhkəməyə veriləcək.
Türkiyə KİV-i xəbər verir ki, bunu partiya liderinin vəkili Nizaməddin Qocabəy deyib.
“Sosial şəbəkədə təhqiramiz və təhrikedici paylaşımlar edənlər haqqında qısa müddətdə lazımi hazırlıq görüləcək, hüquqi prosedur başladılacaq”, – deyə N.Qocabəy vurğulayıb.
Baxçalı bir neçə gün əvvəl yuxarı tənəffüs yollarının infeksiyası səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Hazırda o, evində həkim nəzarətindədir









