Baş nazirdən sürücülərə sevindirici xəbər: “Cərimələrin azaldılması barədə qərar qəbul etdik”

Baş nazirdən sürücülərə sevindirici xəbər: “Cərimələrin azaldılması barədə qərar qəbul etdik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az  24newsge-yə istinadən xəbər verir ki, Baş nazir İrakli Kobaxidze yol hərəkəti qaydalarının pozulması və tətbiq olunan cərimələrlə bağlı aparılan təhlilin nəticələrini açıqlayıb.

Jurnalistin sualını cavablandıran baş nazir bildirib ki, hökumət yol hərəkəti qaydalarının pozulması halları və müvafiq cərimələrlə bağlı statistik göstəriciləri qiymətləndirib. Təhlil nəticəsində müəyyən olunub ki, cərimələrin artırılması yol hərəkəti təhlükəsizliyi göstəricilərinin yaxşılaşmasına ciddi təsir göstərməyib.

“Biz yol hərəkəti qaydalarının pozulması və bununla bağlı tətbiq olunan cərimələrə dair statistikanı təhlil etdik. Məlum oldu ki, cərimələrin artırılması bu halda statistikanın yaxşılaşmasına təsir göstərməyib”, – deyə Kobaxidze qeyd edib.

Baş nazirin sözlərinə görə, məhz bu nəticələr nəzərə alınaraq cərimələrin azaldılması barədə qərar qəbul olunub:

“Biz istəmirik ki, artırılmış cərimələr əhali üçün əlavə maliyyə yükünə çevrilsin. Buna görə də bütün bu amilləri nəzərə alaraq cərimələrin azaldılması qərarını verdik”, – deyə hökumət başçısı bildirib.

Fərda Uğur