Barselona “Atletiko” ilə oyundakı hakimlikdən UEFA-ya şikayət hazırlayır

Barselona “Atletiko” ilə oyundakı hakimlikdən UEFA-ya şikayət hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona” rəhbərliyi Çempionlar Liqasının 1/4 final mərhələsində Atletico Madrid ilə keçirilən ilk oyundakı (0:2) hakimlikdən ciddi narazılıq ifadə edib.

Tribuna.az xəbər verir ki, Kataloniya klubu baş hakim İştvan Kovaç və VAR briqadasının qərarları ilə bağlı UEFA-ya rəsmi şikayət etməyi nəzərdən keçirir.

Əsas narazılıqlar Mark Pubilin əllə oyununa görə penalti təyin edilməməsi, epizodun yenidən baxılmasından sonra Pau Kubarsinin qırmızı vərəqə alması və ilk hissədə madridlilərin yarımmüdafiəçisi Kokenin qırmızı vərəqə ilə cəzalandırılmaması ilə bağlıdır.

“Barsa” rəhbərliyi vurğulayır ki, oyunun həlledici anlarında VAR sisteminin müdaxilə meyarları aydın deyil.

İmran Kərimli