İtaliyanın Neapol şəhərindəki bir bank filialı gündüz vaxtı silahlı hücumla qarət edilib.
Tribuna.az xəbər verir ki, Neapol şəhər mərkəzindəki Medaqlie Oro meydanında yerləşən “Kredit Agrisole Bank”-ın filialında baş verib.
Ən azı üç silahlı şəxsin bank işçiləri və müştərilər də daxil olmaqla 25 nəfəri girov götürdüyü bildirilir. Girovlar yerli vaxtla saat 15:00 radələrində, təhlükəsizlik qüvvələri hadisə yerinə çatdıqdan bir müddət sonra azad edilib.
25 nəfəri girov götürən quldurlar, təhlükəsizlik qüvvələrinin diqqətini yayındırmaq üçün onları bir-bir buraxıblar və yeraltı tunellərdən qaçıblar. Bank seyflərini boşaldan şübhəlilərin tutulması üçün səylər davam edir.
İtaliya polisi silahlı quldurları tapmaq üçün vertolyotlarla və filialın yaxınlığındakı məhəllələrdə genişmiqyaslı axtarış əməliyyatı başladıb.
Qeyd edək ki, bankdan oğurlanan məbləğin miqdarı hələ müəyyən edilməyib.
“AzPolitika.info”









