Bakıda “Prado” qəzaya uğradı: ölən var

Bakıda “Prado” qəzaya uğradı: ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Zabrat qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Tribuna xəbər verir ki, Mirəli Abbasov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə hərəkət edərkən 2003-cü il təvəllüdlü Ələsgər Ələsgərovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində sürücü Ələsgər Ələsgərov ölüb.

Avtomobildə olan sərnişinlər 2003-cü il təvəllüdlü Sevinc Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Rəsulova, digər sürücü Mirəli Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə alıb.

Faktla bağlı cinayət işi başlanılıb.