Bakı şəhərində yenidən beynəlxalq şahmat festivalı – “Baku Open” təşkil olunacaq.
Tribuna.az xəbər verir ki,turnir Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək.
Məlumata görə, festival A, B və C qrupları üzrə təşkil ediləcək. Hər üç qrupda yarışlar İsveçrə sistemi ilə 9 turdan ibarət olacaq. Festival çərçivəsində həmçinin veteranlar arasında Azərbaycan çempionatı da keçiriləcək.
“Baku Open” beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir.
Turnir Baku Crystal Hall məkanında baş tutacaq. Yarışın açılışı 28 aprel tarixində olacaq, festival isə 6 mayda yekunlaşacaq.
İmran Kərimli









