Bakıda banka 200 avroluq saxta əskinas verilib

Bakıda banka 200 avroluq saxta əskinas verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda vətəndaş banka 200 avroluq saxta əskinas verib.

TİA.AZ  bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumata yayıb.

Sentyabrın 5-də Yasamal rayonu ərazisindəki bankların birinə 200 avroluq saxta əskinas təqdim edən şəxs orada xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.

27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini F.Muqbilov olduğu müəyyən edilib.

Araşdırma aparılır.