Bakıda abadlıq işlərinə 61 milyon ayrıldı – İşləri bu şirkət görəcək

Bakıda abadlıq işlərinə 61 milyon ayrıldı – İşləri bu şirkət görəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinə 61 087 536 AZN sərf olunacaq.

Tribuna.az Pravda.az-a istinadən xəbər verir ki, sifarişçi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC, icraçı isə “Xezer-Construction” MMC-dir.

Tərəflər arasında müqavilə bağlanıb.

Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-dur. Qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.