“Gəncə Körpü Tikinti-2” ASC bir gündə iki tenderin qalibi olub. Tribuna.az xəbər verir ki, şirkət bu tenderlərin müqabilində 26 milyon manata yaxın pul alacaq.
Belə ki, BŞİH-in tabeliyində olan “Bakı şəhəri Əsaslı Tikinti və Təmir” MMC paytaxtın Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınmasını həyata keçirəcək. “Gəncə Körpü Tikinti-2” ASC ilə əldə olunmuş anlaşmaya əsasən 24 milyon 985 min 363 manat ödəniş alacaq.
Şirkət eyni gündə Gədəbəy rayon İcra Hakimiyyətinin keçirdiyi tenderi də udub. Məlum olub ki, “Gəncə Körpü Tikinti-2” Gədəbəy şəhərində küçələrin asfaltlaşdırılması obyekti üzrə yerinə yetiriləcək əsaslı təmir işlərini həyata keçirəcək. Bu işlərin görülməsinə görə isə tərəflər arasında 635 min 505 manatlıq müqavilə bağlanılıb.
Fərda Uğur









