Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi növbəti satınalma prosesini elan edib. Tribuna.az xəbər verir ki, məqsəd Bakı şəhərinin küçə və tunellərinin işıqlandırması üçün lazımi mal-materialın alınmasıdır.
Məlumatda bildirilir ki, bu məqsədlə “Bakı Şəhər İşığı” 5 milyon 358 min 419 manat dəyərində lampa və led işıqlar almağı planlaşdırır.
Qeyd edək ki, tenderin nəticəsi mayın 8-də açıqlanacaq.
Fərda Uğur









