AHAU-nun və diasporumuzun fəal üzvü, Obuda Universitetində HTP çərçivəsində təhsil alan Kənan Hüseynli 19-30 iyul tarixlərində Çinin Çanşa (Changsha) şəhərində keçirilən “CSUST Summer AI Innovation Camp” elmi düşərgəsində ölkəmizi uğurla təmsil edib.
Çinə səfərdən öncə Kənan “AI Squad Spring ’26” və 16-cı INNOMEET innovasiya yarışmalarında 1-ci yerləri qazanaraq öz akademik və texniki bacarıqlarını sübut etmişdir.
İki həftəlik intensiv beynəlxalq düşərgədə qlobal mütəxəssislərlə təcrübə mübadiləsi aparan Kənan, komandası ilə birlikdə görmə əngəlli insanlar üçün hazırladıqları süni intellekt əsaslı məhsulla yarışmada 3-cü yerə layiq görülüb.
Azərbaycan diasporu olaraq, beynəlxalq arenada qazandığı bu nailiyyətlərə görə gənc həmvətənimizlə qürur duyur və ona yeni uğurlar arzulayırıq!









