Azərbaycanın beynəlxalq təşkilatlarda nüfuzu artır

Azərbaycanın beynəlxalq təşkilatlarda nüfuzu artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dövləti bütün sahələrdə mütərəqqi uğurlara imza atıb. 44 günlük Vətən müharibəsində əldə olunan hərbi, siyasi, diplomatik qələbə ölkəmizin dünya miqyasında nüfuzunu daha da artırıb. Artıq dövlətimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GUAM və dünyanın əksər aparıcı dövlətləri ilə iki və çoxtərəfli əlaqələrini daha da genişləndirib. Azərbaycanın NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlıq ələqələrini yüksələn xətlə inkişaf etdirilməsi ölkəmizə olan inam və etimadın nəticəsidir.

Bunu Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri Fuad Əliyev deyib.

O, qeyd edib ki, Azərbaycan-BMT əlaqələri daha geniş və əhatəlidir. 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu quruma rəhbərlik etməsi əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunun göstəricisi sayıla bilər. Beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması və əlaqələrin dövlətlərin maraqlarına uyğun inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini təşkil edir: “Bu baxımdan, Azərbaycan beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir. Ölkəmizin beynəlxalq təşkilatlarda nüfuzunun yüksək olmasının nəticəsidir ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı dünyanın inkişafına mühüm töhfələr verən qlobal əhəmiyyətli tədbirlər keçirilib. Koronavirus pandemiyasının qarşısının alınması və dövlətlərin bu istiqamətdə əməkdaşlığının gücləndirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Qoşulmama Hərəkatının videokonfrans formatında toplantısı keçirilib. Eyni zamanda, dünya ölkələrinin pandemiya ilə mübarizədə fəaliyyətlərinin artırılması məqsədi ilə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının konfransı keçirilib”.