Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan İrana qaçaraq, orada yerli kəşfiyyatla əlbir olaraq, Azərbaycan əleyhinə təbliğat aparanlardan biri, Əkrəm Hacızadə Mossad-ın keçirdiyi əməliyyat zamanı öldürülüb.

Tribuna.az xəbər verir ki, bu barədə iranlı jurnalist Möhtəşəm Pirməhşərin məlumat yayıb.

O bildirib ki, hadisə mart ayının sonlarında baş verib. Həmin vaxt İsrail kəşfiyyatə Qum şəhərində yerləşən “Cəmiyyətül Mustafa” təhsil mərkəzini hədəfə alıb və bombalayıb. Nəticədə, binada olan Əkrəm Hacızadə və onunla birlikdə 4 SEPAH rəsmisi öldürülüb.

Qeyd edək ki, Hacızadə Azərbaycanda “Kərimə dövlət” qurulması “ideyası”nın əsas təbliğatçılarından biri olub. O, Tohid İbrahimbəyli və Orxan Məmmədovla birlikdə  bu “layihə”nin icraçısı olub.

Fərda Uğur