Azərbaycan kuboku: Bu gün daha üç oyun olacaq

Azərbaycan kuboku: Bu gün daha üç oyun olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində daha üç qarşılaşma olacaq.

Tribuna.az xəbər verir ki, günün ilk oyununda “İmişli” öz meydanında kubokun son qalibi “Sabah”ı qarşılaşacaq.

Bu cütün qalibi 1/4 finalda bu gün keçiriləcək “Karvan-Yevlax” – “Qarabağ” görüşünün qalibi ilə üz-üzə gələcək.

“Şamaxı” isə “Baku Sportinq”i qəbul edəcək. Bu oyunun qalibi növbəti mərhələdə “Zirə” ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları bir matçdan ibarətdir.