AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə etdi (FOTO)

AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə etdi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları” QSC (AZAL) donanmasına növbəti “Airbus A320neo” təyyarəsini əlavə edib.

Tribuna.az  AZAL-a istinadən xəbər verir ki, bu, aviaşirkətin bu il parkına əlavə etdiyi ikinci “A321neo”, ümumilikdə isə 5-ci hava gəmisidir.

“Daha müasir salon, yüksək sürətli “Wi-Fi”, bortdaxili əyləncə və daha səmərəli uçuş texnologiyaları ilə səyahət təcrübənizi bir addım da irəli aparırıq. Yeni təyyarəmiz əvvəlki nəsil modellərlə müqayisədə hər oturacaq üzrə təxminən 20 % daha az yanacaq sərfiyyatı və karbon emissiyası ilə seçilir”, – məlumatda qeyd olunub.