Aydın İbrahimova Prezident təqaüdü ayrıldı

Aydın İbrahimova Prezident təqaüdü ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb. TİA.AZ Qaynarinfo xəbər verir ki, dövlət başçısı Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Aydın Əli oğlu İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü ayırıb.
Qeyd edək ki, Aydın İbrahimov 17 sentyabr 1938-ci ildə Gəncədə anadan olub. O, 1960-cı illərdə peşəkar səviyyədə güləşlə məşğul olub. Güləş üzrə dünya (1963) və Avropa çempionatının (1966) qızıl, Yay Olimpiya Oyunlarının (1964) bürünc medalını qazanıb. Aydın İbrahimov 1988-ci ildə “Neftçi” futbol klubunun prezidenti təyin olunub. Onun fəaliyyəti dövründə klub SSRİ çempionatının Güclülər dəstəsinə vəsiqə qazana bilməsə də, müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi olub, sonra isə daha iki dəfə ölkənin ən güclüsü adını qazanıb (1992, 1996, 1997), həmçinin iki dəfə Azərbaycan kubokuna sahib çıxıb (1995, 1996). O, 1997-ci ildə bu postu tərk edib.
Aydın İbrahimov SSRİ əməkdar idman ustası və əməkdar məşqçisidir.