ŞOK: QATARDA HİTLERİN SƏSİ EŞİDİLDİ

ŞOK: QATARDA HİTLERİN SƏSİ EŞİDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi sərnişinlər Hitlerin səsini eşidib qatarın qaçırılacağından qorxaraq panikaya düşüblər.

Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, Avstriyanın Bregenz şəhərindən Vyanaya gedən qatarda Adolf Hitlerin çıxışlarından biri qatarın səs sistemi üzərində dəfələrlə səsləndirilib.

Qatarda olan bir neçə sərnişin Hitlerin qatar dinamikləri üzərindən nitqini eşitdiklərini, həmçinin “Heil Hitler” və “Sieg heil” kimi bəzi nasist şüarlarını eşitdiklərini söyləyib.

Yəhudi din xadimi bildirib ki, qatarda olan sərnişinlərin bəziləri panikaya düşüb, bəziləri isə utanaraq gülümsəyiblər.

Avstriya polisi hadisə ilə bağlı istintaq başladıldığını və kamera görüntülərindən şəxsiyyətləri müəyyən edilən iki nəfərin axtarıldığını açıqlayıb.

Avstriyanın ictimai yayımı ORF, şübhəlilərin qatar bələdçiləri deyil, sərnişinlər olduğunu bildirib.