AVSTRALİYA NASİST SİMVOLLARINI QADAĞAN EDİR

AVSTRALİYA NASİST SİMVOLLARINI QADAĞAN EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya ifrat sağçı qruplara təzyiq göstərmək məqsədilə nasist simvollarına qadağa tətbiq edəcəyini açıqlayıb.

Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Svastika və ya SS simvollarının açıq nümayişi bir ilə qədər həbslə cəzalandırılır.

Hökumət deyir ki, nasist simvolları artıq bir çox ştatlarda qadağandır.

Mart ayında bir qrup neonasist Melburnda keçirilən mitinqdə meydana çıxıb və Viktoriya parlamentinin pilləkənlərində nasist salamı verib.

Yeni qanunu açıqlayan Baş prokuror Mark Dreyfus, ” Avstraliyada Holokost dəhşətlərini tərənnüm edən simvollara yer yoxdur” deyib.

“Biz artıq insanların nasistləri və onların şər ideologiyasını tərənnüm edən əşyaların nümayişindən və satışından qazanc əldə etməsinə icazə verməyəcəyik”.

Dreyfus açıqlamasında bildirib ki, qadağa bayraqların, qolbaqların, köynəklərin, nişanların ticarəti və ictimaiyyətə nümayişini və nasist ideologiyasını dəstəkləyən simvolların internetdə yerləşdirilməsini əhatə edir.

Bununla belə, nasist svastikası və SS simvollarının akademik, təhsil, bədii, ədəbi, publisistik və ya elmi məqsədlər üçün açıq nümayişinə icazə veriləcək.