Avropa Liqasında yarımfinal mərhələsi başlayır

Avropa Liqasında yarımfinal mərhələsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Tribuna.az xəbər verir ki, “Braqa” öz meydanında “Frayburq”u qəbul edəcək, “Nottingem Forest” isə “Aston Villa” ilə üz-üzə gələcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 7-də baş tutacaq.