Avroliqa – Finalçılar bu axşam bəlli olacaq

Avroliqa – Finalçılar bu axşam bəlli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasında finalçılar bu gün müəyyənləşəcək.

Tribuna.az -ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Frayburq Almaniyada Portuqaliyanın “Braqa” komandasını sınağa çəkəcək. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb – 2:1.

Digər matçda isə İngiltərə klubları münasibətlərə aydınlıq gətirəcəklər. İlk matçda “Nottinqem Forest”ə 0:1 hesabı ilə uduzan “Aston Villa” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Xatırladaq ki, final oyunu mayın 20-də İstanbulda təşkil olunacaq.