Azad Azərbaycan Televiziya və Radio Şirkətinin əməkdaşları növnbəti dəfə uğurlu efir saatı ilə izləyicilərin rəğbətini qazanıblar. ATV Səhər proqramı Bilik günündə Cəbrayıl rayonunun Cocuq Mərcanlı tam orta məktəbindən 2 saat canlı yayımlanıb. 07:45 dən 09:45 dək davam edən verilişdə cəbhə bölgəsi olan Cocuq Mərcanlı kəndi, burada təhsil alan məktəblilərin ilk dərs gününə necə hazırlaşması ilə yanaşı, müəllimlərin əzmkarlığı və cəsarəti, ailələrdəki yüksək vətən sevgisi, aparılan köklü islahatlar, yeniliklərlə bağlı reportajlar yayımlanıb. Səyyar studiyanın qonağı olan Cəbrayıl icra başçısı Kamal Həsənov Cocuq Mərcanlıda həyata keçirilən islahatlardan, yeniliklərdən söhbət açıb. 2020-ci ildə kənddə Suvenir zavodunun istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılmasına imkan verəcəyini vurğulayıb.
Bilik gününə həsr olunan verilişdə, həmçinin, məktəbdə öz arzusu ilə təyinat alıb çalışan müəllimlərdən, onların vətənpərvərlik hisslərindən söz açılıb. Yeni iş fəaliyyətlərində uğurlar arzulanıb.
Verilişdə nəğməli qonaqlar da olub. Uşaqların sevimlisi “Can bala” qrupu və sevimli müğənnimiz Sevinc Musayevanın ifasında hərbi vətənlərvərlik ruhunda musiqi nömrələri səsləndirilib.



















