Türkiyənin Trabzon vilayətinin Beşikdüzü rayonunda həyat yoldaşını amansızlıqla qətlə yetirən Ali Eren Somunun həbsxanadan Sinem Somunun ailəsinə göndərdiyi məktub üzə çıxıb.
Tribuna.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Eren Somun boşanma mərhələsində olduğu 2 illik həyat yoldaşı Sinem Somunun yaşadığı evə gizli şəkildə daxil olaraq onu tapança ilə qətlə yetirib.
Cinayəti törədən şəxsin həbsxanadan Sinem Somunun babasına məktub göndərdiyi üzə çıxıb. Məktubda Ali Eren açıq şəkildə təhdid xarakterli ifadələr işlədib. O arvadını bölərək öldürdüyünü bildirim:

“Arvadımı güle-oynaya gəldiyi öz torpaqlarıma dəfn edəcəyəm. Bunun üçün qanuni yol nədirsə edəcəyəm. Lazım gələrsə, yenə də cinayət törətməyi gözə alacağam. Bu istəyimdən günəş sönsə belə vaz keçmərəm”.
Məktubdakı bu ifadələr hüquq-mühafizə orqanları tərəfindən psixoloji təzyiq və açıq təhdid kimi qiymətləndirilib və iş materiallarına əlavə olunub.
Hadisə qadın qətlləri ilə bağlı Türkiyədə davam edən müzakirələri daha da alovlandırıb.
Gülşən Rəsul













