UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bayern Münhen” ilə “Real Madrid” arasında baş tutan gərgin qarşılaşma 90 dəqiqənin sonunda 3:3 hesabı ilə başa çatıb.
Tribuna.az xəbər verir ki, bu nəticə ilə ilk oyunda qazandığı üstünlük sayəsində “Bayern Münhen” yarımfinala yüksəlib, Arda Gülərin çıxış etdiyi “Real Madrid” isə turnirlə vidalaşıb.
ARDA GÜLƏRDƏN TARİXİ PERFORMANS
İlk oyunda 1:2 hesabı ilə məğlub olan “Real Madrid” səfərdə qələbə qazanmaq niyyətində idi. Millimizin üzvü Arda Gülər qarşılaşmanın ilk hissəsində vurduğu iki möhtəşəm qolla oyuna damğa vurub. Lakin bu qollar Madrid təmsilçisinin mərhələ adlaması üçün kifayət etməyib. Oyunun sonlarında qırmızı vərəqə alan Arda Gülər meydandan kənarlaşdırılıb və uğurlu çıxışına baxmayaraq komandasının məğlubiyyətinin qarşısını ala bilməyib.
“BAYERN” YARIMFİNALDA PSJ İLƏ QARŞILAŞACAQ
Bu nəticə ilə “Bayern Münhen” Çempionlar Liqasında yarımfinala yüksəlib. Alman klubu növbəti mərhələdə Fransanın “Paris Sen-Jermen” (PSJ) komandası ilə üz-üzə gələcək. Digər yarımfinal cütlüyündə isə “Arsenal” ilə “Atletiko Madrid” qarşılaşacaq.
Qarşılaşmanın icmalı və Arda Gülərin vurduğu qollar futbol azarkeşləri tərəfindən böyük maraqla qarşılanıb
İmran Kərimli









