Yeni araşdırma göstərir ki, qarşıdakı 30 il ərzində dünyada şəkərli diabet xəstəliyi artacaq və diabetlə yaşayan insanların sayı iki dəfə artaraq 1,3 milyarda çatacaq.
Tribuna.az-ın araşdırmasına görə, 2021-ci ildə dünyada 529 milyon insanı əhatə edən şəkərli diabet 2050-ci ilə qədər qlobal miqyasda artaraq 1,3 milyarda çatacaq.
“The Guardian” qəzetinin xəbərinə görə, qarşıdakı 30 ildə heç bir ölkədə şəkərli diabet hallarının azalmayacağı proqnozunu ehtiva edən araşdırmada, obezitenin artması və səhiyyə xidmətlərinə çatmada bərabərsizlik səbəbiylə hadisələrin iki dəfə artacağı gözlənilir.
Mütəxəssislər bu məlumatları narahatedici kimi qiymətləndirərək, diabetin qlobal miqyasda əksər xəstəlikləri üstələdiyini, insanlar və sağlamlıq sistemləri üçün ciddi təhlükə yaratdığını bildiriblər.
Eyni zamanda, tədqiqatçılar, aşağı gəlirli və ya irqçi qrupların aşağı həyat keyfiyyəti ilə insulin dərmanlarına çatmaqda və qan şəkərinə nəzarət etməkdə çətinlik çəkdiyini və beləliklə də ömrün qısaldığını vurğuladılar.
Araşdırmanın həmmüəllifi Dr. Alisha Veid, “Diabet böhranının qarşısını almaq üçün sosial-iqtisadi amilləri anlamaq, tanımaq və həll etmək vacibdir” deyib.
Məlumatlar Birləşmiş Millətlər Təşkilatının (BMT) 2050-ci ildə dünya əhalisinin 9,8 milyarda çatacağı təxminləri ilə nəzərə alındıqda, bu, hər 7 nəfərdən 1-nin şəkər xəstəliyinə tutulacağını göstərir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi 2-ci tip diabeti insulin çatışmazlığı və təsirsizliyə görə inkişaf edən ən çox yayılmış diabet növü kimi müəyyən edir.









