AQTİ-də direktor müavini işdən çıxdı – Foto

AQTİ-də direktor müavini işdən çıxdı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda  (AQTİ) departament direktor müavini vəzifəsindən azad edilib.

Tribuna.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Xidmətlərin təşkili departamentinin direktor müavini Ziyabəddin Hüseynov öz ərizəsi ilə işdən çıxıb.

Eyni zamanda departamentin bir neçə əməkdaşının da işdən çıxarıldığı bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl AQTA-nın Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri Töhfə Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.