Anardan Zahid Sarıtorpağın istefasına reaksiya: “Özü bilər, xoş getdi”

Anardan Zahid Sarıtorpağın istefasına reaksiya: “Özü bilər, xoş getdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gedib özü bilər, xoş getdi. Gedənə “yaxşı yol” deyərlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev yazıçı-şair Zahid Sarıtorpağın qurumdan istefasına münasibət bildirərkən deyib.

Sədr AYB üzvünün istefasının səbəbini bilmədiyini bildirib:

“Özündən soruşun. Ərizə verirlər, baxırıq, layiq olanlar sıralarımıza qəbul olunur. Kimsə çıxmaq istəsə, deyirik xoş gəldin. Çıxmaq istəyib, lap yaxşı, özü bilər, xoş getdi”.

Anar Rzayev AYB-dən istefalara reaksiyası belə olub: “Elə bilməsinlər ki, Yazıçılar Birliyi bununla nəsə itirir, əsla”.

Qeyd edək ki, yazıçı-şair Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən istefa verib. O bildirib ki, AYB üzvlüyündən istefa verməsi qurumun ondan tələb etdiyi üzvlük haqqı ilə bağlı deyil:

“37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram”